Müstəqillik dövrü

Məlum olduğu kimi, Azərbaycan xalqının mübarizliyi, əzmi və çoxillik arzusu, həmçinin dövrün əlverişli geosiyasi şəraiti 1991-ci ilin oktyabr ayında ölkəmizin öz dövlət müstəqilliyinin bərpasını reallaşdırdı. Bir müddət sonra Azərbaycan Respublikası müstəqil dövlət statusu ilə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının bərabərhüquqlu üzvü oldu.

Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq ölkədə ümumi inkişafın, o cümlədən şəhərsalmanın tempi və həcmi artır, müasir çoxmərtəbəli yaşayış evləri tikilir, ictimai binalar yenidən qurulur, avtomobil yolları, müasir körpülər, idman qurğuları, otellər və sair müxtəlif təyinatlı obyektlər istismara verilir.

Müstəqilliyin bərpa edilməsindən ötən 20 il (1991-2010) ərzində respublika iqtisadiyyatına 70 milyarda yaxın yatırım qoyulmuşdur.

Ötən illərdə aşağıdakı sənaye obyektləri istismara verilmişdir: Bakı şəhərində neft emalı zavodu; armatur istehzalı zavodu; “Qurtuluş” qazma qurğusu; Bakı-Dübəndi neft kəməri; Sumqayıt şəhərində “Sintetik kauçuk” istehsalat birliyində katalitik krekinq və propilen istehsalı qurğuları; “Buxar generator kompleksi”; Şimal DRES-də buöar qazturbin elektrik stansiyası; Səngəçal terminalında 4 rezervuar; Şamaxı şəhərində televizorlar istehsal edən zavod; Lənkəran şəhərində trikotaj fabriki və xeyli sayda digər obyektlər.

2010-cu ildə Sumqayıt texnoparkının nəhəng tikinti-quraşdırma işləri aparılan müəyyən hissəsi istismara verilmişdir.Sumqayıtın müasir sənaye şəhəri olması üçün bu texnoparkın əhəmiyyəti böyükdür.

Balaxanı qəsəbəsində məişət tullantılarının utilizasiyası üzrə yeni zavodun, Bakı şəhərinin ekoloji vəziyyətini xeyli dərəcədə yaxşılaşdıracaq bu müəssisəyə təx minən 400 milyon dollar yatırım qoyulacaqdır.

Sosial obyektlərin tikintisi: müstəqillik dövründə (1991-2010) bütün maliyyə mənbələri üzrə ümumi sahəsi 23 mln.kv.m. artıq olan mənzil inşa edilmişdir. 2000-ci ildən başlayaraq respublikada, xüsusilə də Bakı şəhərində çoxmərtəbəli monolit dəmirbeton yaşayış və mülki binalar tikintisi geniş vüsət almışdır. Həmin obyektlərin inşasının çox hissəsi özəl sektorun payına düşür.

2000-ci ildə baş verən Bakı zəlzələsi nəticəsində qəza vəziyyətinə düşən obyektlərin bərpasının layihə-bərpa işlərinə 1,7 mln. dollar, podrat işlərinə isə 24,6 mln.dollar ayrılmışdır.

Yaşayış evləri tikintisi ilə yanaşı son 20 ildə 36 min şagird yeri olan 600-dən çox ümumtəhsil məktəbi, 59 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmişdir. 



geriyə