Gəncə şəhəri

Ölkənin ən iri sənaye şəhərlərindən biri olan Gəncə şəhərinin ərazisi 110 kv.km, əhalisi 01.08.2012-ci il tarixə rəsmi qeydiyyatda 322367 nəfərdir. 
Gəncə şəhəri 6 inzibati qəsəbədən - Hacıkənd, Cavadxan, Şıxzamanlı, Natavan, Məhsəti, Sadıllı qəsəbələrindən ibarətdir.

Dəniz səviyyəsindən 400-450 m yüksəklikdə yerləşən Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 375-km qərbdə, Kiçik Qafqazın şimal-şərq ətəyini Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir. 
Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz hissəsi olan Gəncə şəhərinin tarixi ərazisi olmuşdur. Elmi və arxeoloji tədqiqatlar sübut etmişdir ki, Gəncə təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən olmuşdur .

Şəhər 1804-cü ildən 1918-ci ilə qədər Çar I Aleksandrın arvadının adıyla (Yelizavetpol) adlandırılıb. Gəncə əvvəlki adını 1935-ci ilədək yenidən bərpa emiş və 1935-ci ildə Kirovabad adlandırılmışdır. Daha sonra 1989-cu ildə bu ad yenidən qaytarılmış və indiyədək də şəhər Gəncə adını daşıyır. 
Xalqımızın milli sərvəti sayılan Gəncənin 3000 illik tarixə malik olduğunu nümayiş etdirən tarixi abidələrin böyük hissəsi bu gün dünya muzeylərinin ekspozisiyalarında özünəməxsus yer tutur. Metropol (ABŞ) Münhen, Berlin, Hamburq, Luvr, Paris, Moskva, Sankt-Peterburq və digər şəhərlərində dövlət və şəxsi muzeylərdə qədim Gəncə tarixinə dair nadir və qiymətli eksponatlar qorunub saxlanılır. 
Yarandığı gündən ən azı 4 dəfə yerini dəyişən Gəncə strateji cəhətdən də əlverişli mövqedə yerləşdiyindən daim yadellilərin diqqət mərkəzində olmuşdur. Dəfələrlə dəhşətli zəlzələlərin qurbanı olan Gəncə, habelə monqolların, xarəzmlərin, gürcülərin, ərəblərin, rusların və digər qəsbkarların hücumlarına da məruz qalmışdır. Neçə-neçə dünya dövlətlərinin hərb meydanına çevrilən Gəncə ona dəyən ziyanlardan sarsılmamış, genetik gücündən qüvvə alaraq dirçəlmiş və inkişaf edərək möhtəşəm şəhərlər səviyyəsinə yüksələ bilmişdir.



geriyə