Şirvan şəhəri

Şirvan Kür çayının sol sahilində, Şirvan düzündə, nəqliyyat qovşağında yerləşir və ölkəmizin iri şəhərlərindən sayılır. Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri Şirvan şəhərinin inzibati vahidləridir. Əhalisi 01.01.2013-cü il tarixə 80.9 min nəfər, ərazisi 72.7 kv.km-dir.

2008-ci ilin may ayında Əli-Bayramlı şəhərinin adı dəyişdirilərək Şirvan adlandırılmışdır. Bakı şəhərindən cənub-qərbə avtomobil yolu ilə 120 km məsafədə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrinin birləşdirən avtomobil və dəmir yolları, Kür çayı vasitəsilə su yolu Şirvan şəhərindən keçir. Şəhər Sabirabad, Salyan və Hacıqabul rayonları ilə həmsərhəddir.

Bu gün Şirvan şəhəri Azərbaycanın inzibati və iqtisadi xəritəsində müstəsna əhəmiyyət kəsb edən, on minlərlə insanın yaşadığı, çoxsahəli sosial-iqtisadi və mədəni obyektləri özündə birləşdirən sənaye mərkəzlərindən biridir.1930-cu ilə kimi Ərəbşahverdi, Papanino və nəhayət Zubrovka qəsəbəsi adlanan ərazi 1931-ci ildə kolxozlaşma ilə əlaqədar rayon mərkəzinə çevrilərək Əli-Bayramlı qəsəbəsi adlandırılmışdır.28 iyul 1954-cü ildə Əli-Bayramlı rayon tabeliyində şəhər statusu almaqla böyük bir kənd təsərrüfatı rayon mərkəzi olmuşdur.1963-cü il yanvar ayında Əli-Bayramlı rayonu ləvğ edilərək onun kəndləri uyğun olaraq Sabirabad , Səlyan və Şamaxı rayonlarının tabeliyinə keçirilmişdir. Əli-Bayramlıya isə respublika tabeliyində şəhər statusu verilmişdir. 



geriyə