İsmayıllı rayonu

İsmayıllı rayonunun ərazisi 2074 kv.km, əhalisi 01.10.2014-cü il tarixə 83817 nəfərdir. Rayon 1931-ci il noyabr ayının 24-də yaradılmışdır.

 

Şəhərdən Bakıya qədər olan məsafə 185 kilometrdir.

İndiki İsmayıllı şəhəri 1959-cu ilə kimi kənd, 1967-ci ilə kimi isə şəhər tipli qəsəbə olub. 1967-ci ildə bura şəhər statusu verilib.

İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur. 
Rayon ərazisində 2 şərab zavodu, üzüm istehsalı, emalı, qablaşdırılması və ekoturizmlə məşğul olan “Monolit” şirkəti, 2 asfalt zavodu, bir beton zavodu, 11 turizm-istirahət mərkəzi, 11 bank filialı, Telekommunikasiya qovşağı, “Azərpoçt”un rayon filialı fəaliyyət göstərir. Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 13 ibtidai məktəb, 6 uşaq bağçası, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 23 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, onlarla digər tarixi abidə, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 13 mədəniyyət evi, 24 klub, 5 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 Peşə Tədris Mərkəzi mövcuddur.



geriyə