Neftçala rayonu

Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir.Neftçalanın indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır.

Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qullluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilirmiş. Tarixi mənbələrdə Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib.

Neftçalanın əhalisi 83177 nəfərdən ibarətdir.Ərazisi 1452km²-dır. 



geriyə