Ağsu rayonu

Ağsu 1967-ci ilə kimi şəhər tipli qəsəbə, həmin ildə şəhər statusu almışdır. 
1943-cü il oktyabr ayının 8-dən Ağsu ayrıca inzibati-ərazi rayonu kimi fəaliyyətə başlamışdır. 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Əhalisi 17400(2008-ci il üçün) nəfərdir. Ərazisi 1020 km²-dir.

A.Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, Nadir Şah tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsu şəhərinin adı bəzi tarixi mənbələrdə "Yeni Şamaxı" kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır. XVIII əsrdə mövcud olmuş şəhər öz adını "Ağsu çayı"ndan götürməklə mənbələrdə daha çox Ağsu kimi göstərilir.

XVIII əsrdə Ağsu şəhərinin möhkəm qala divarları, müdafiə istehkamları olmuşdur. Şəhər getdikcə inkişaf etmiş və XVIII əsrin sonunda Azərbaycanın çoxsaylı əhalisi olan şəhərlərindən birinə çevrilmişdir. 

 



geriyə