Qazax rayonu

Qazax Azərbaycanın qərbində şəhər və inzibati rayondur, Azərbaycanın “qərb qapısı”dır. Şimal-şərqdən Gürcüstanla, şərqdən və şimaldan Ağstafa rayonu ilə, cənub və cənub–qərbdən Ermənistanla sərhəddir. Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Vaxtilə vilayət,sultanlıq,sonra isə qəza mərkəzi olmuşdur.

Qazax sultanlığı Qabarağ bəylərbəyliyinə daxil idi. 1752-ci ildə Qazax sultanlığı Şəki xanlığına birləşdirilmişdir. 1819-cu ildə Qazax sultanlığı ləğv edilərək Qazax distansiyası yaradılmışdır. 1867-ci ilin dekabr ayında Yelizavetpol quberniyasının tərkibində Qazax qəzası yaradılmış, ərazisi 5908,24 kv.km, əhalisi 1911-ci ilin məlumatına görə 130 min nəfər olmuşdur. 1929-cu ildə Qazax qəzası ləğv edilmişdir. 1930-cu ilin avqust ayında Qazax rayonu yaradılmışdır.

Qazax rayonunun əhalisinin umumi sayı 92761 nəfərdir.Ərazisi 700 km²-dır. 



geriyə