Şəmkir rayonu

Şəmkir respublikanın inzibati rayonu kimi 08.08.1930-cu ildə təşkil edilmişdir. Respublikanın ən iri aqrar rayonlarından biri olan Şəmkir rayonunun ərazisi 1.66 min kv. km-dir, əhalisi 01.01.2014-cü il tarixə rəsmi qeydiyyatda 204210 nəfərdir. 
Şəmkir rayonu 1 şəhər, 4 inzibati qəsəbə (Dəllər, Zəyəm, Çinarlı, Kür) və 43 inzibati ərazi dairəsi üzrə kənddən ibarətdir.

Şəmkir şəhəri Şəmkir rayonunun mərkəzi olmaqla Bakı şəhərindən 399 km Dəllər dəmir yolu stansiyasından 4 km aralı Gəncə-Qazax düzənliyindədir. 
Şəmkir şəhəri Azərbaycanın qədim şəhərlərindədir. Qədim Şəmkir xarabalıqları Şəmkir çayının sol sahilindədir. Qala yerinin sahəsi 20 hektardır. XIX əsrin 1 yarısında çar hökümətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş, Alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşmış və həmin dövrdə Şəmkir Aninno adlandırılmışdır. 



geriyə