Biləsuvar rayonu

Biləsuvar rayonu 1930-cu ildə yaradılmışdır. Rayonunun ərazisi 1360 km2, əhalisi 95741 nəfərdir.Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Biləsuvarın qədimliyini sübut edən 10 arxeoloji abidə və orta əsrlərə aid olan memarlıq abidəsi olan Şəhriyar qalası hələ də öz tədqiqatlarını gözləyir.

Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdı. Bu gün Biləsuvar müstəqil Azərbaycanın inkişaf etmiş yaşayış məntəqələrindən sayılır.



geriyə