Yevlax rayonu

Yevlax iri kənd təsərrüfatı rayonu olmaqla yanaşı, həm də sənaye şəhəridir. Keçən əsrin 70-80-ci illərində ümumilli liderimiz Heydər Əliyevin qayğı və diqqəti sayəsində bir sıra sənaye müəssisələri tikilib istifadəyə verilmişdir və 80-ci illərin əvvəllərində sənaye məhsulları istehsalının həcminə görə Yevlax respublikanın 3-cü şəhəri idi.

Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Rayon 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd vardır. Yevlax şəhərinin əhalisi 63450 nəfərdir. Ərazisi 1470 km²-dir.



geriyə