Ağcabədi rayonu

Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 kv.km –dir, əhalisi 129324 nəfərdir.Ağcabədi rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv olunub, Ağdam rayonunun tabeliyinə verilmişdir.1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur. Ağcabədi rayonunun mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi rayonu 1 qəsəbə, 44 kənddən ibarətdir.

Ağcabədi - Azərbaycan Respublikasında əkinçilik və maldarlıqla məşğul olan rayonlardan biridir. Ağcabədi sözünün mənası iri məskəndir (ağca-iri, badi-məskən, qəsəbə). Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlı qəbirstanlıqlara da rast gəlmək olur.



geriyə