Balakən rayonu

Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.

Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.

Rayonda 01 yanvar 2014-cü il tarixə 93.8 min nəfər əhali yaşayır. Bunlardan 14.3 min nəfəri (15,2%) şəhər, 79.5 min nəfəri (84,8%) isə kənd əhalisidir.

Balakən rayonu Azərbaycanın Şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında, Alazan Həftəran vadisində yerləşir. Təbii ehtiyat zənginliyinə, iqtisadi potensialına və mədəni irsinə görə fərqlənən Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan Muxtar Respublikası), qərb və cənub-qərbdə Gürcüstan Respublikası, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.

Ən hündür dağ zirvələri: Quton zirvəsi, Saqaltar zirvəsi

Aşırımlar: Qubek, Tinovrosso (Suayıran)

Şəlalə: Katex şəlaləsi – hündürlüyü 20 m, eni 4 m-dir.



geriyə