Hacıqabul rayonu

Hacıqabul rayonu inzibati baxımdan 24.04.1990-cı ildə yaranmışdır. Ərazisi 1,63 min kv.km-dir. Hacıqabul rayonu ərazisinə görə respublikanın Kürdəmir, Sabirabad, Salyan, Ağsu, Şamaxı, Qobustan, Abşeron rayonları, Bakı şəhərinin Qaradağ rayonu və Şirvan şəhəri ilə həmsərhəddir. Rayonda inzibati ərazi bölgüsü baxımından 1 şəhər, 5 qəsəbə, 25 kənd yaşayış məntəqəsi vardır. Mərkəzi Hacıqabul şəhəridir. Rayon Bakı şəhərindən 113 km məsafədə yerləşir. Hacıqabul rayonunda 18 inzibati ərazi dairəsi, 15 bələdiyyə fəaliyyət göstərir. 2013-cü ilin əvvəlinə Hacıqabul rayonunun ümumi əhalisi 69158 nəfər təşkil etmişdir.

Kür və Pirsaat çayları rayon ərazisindən keçir, Hacıqabul gölü rayon ərazisində yerləşir.



geriyə