The Myrtle Garden Hotel

Çində ekoloji hotel inşa ediləcək

Çin bu gün də öz sürətli inkişafı ilə dünyanı heyrətləndirməkdə davam edir. Çox yaxın zamanlarda Çinin Sanyan şəhərində möhtəşəm və nəhəng “The Myrtle Garden Hotel”–in inşasına başlanacaq. Adından bəlli olduğu kimi Hotel Asiyada məşhur olan həmişəyaşıl bağın ərazisində inşa ediləcək.

Həmin iri həcmli layihənin icrası iki memarlıq bürosu tərəfindən “ Graft Lab” və Penda tərəfindən həyata keçirilmişdir. Hotelin inşasına artıq başlanmışdır. Memarların qarşısına qoyduğu əsas vəzifə binanın mövcud landşaftla uyğunlaşmasını təmin etməkdir. Məhz buna görə onlar binanın fasadlarının üzlənməsi zamanı təbii materiallardan istifadə edəcəklər.

“The Myrtle Garden Hotel”-in 1-ci mərtəbəsində üç ictimai zona -restoran,biznes və istirahət zonaları yaradılacaqdır. Burada toplanmış yağış suları ilə ərazidəki yaşıllıqların suvarılması nəzərdə tutulmuşdur.

Geniş və açıq balkonların olması otaqdan çıxmadan nəinki ətrafdakı təbiəti seyr etmək həm də gün ərzində maksimum təbii işıqdan istifadə edilməsinə imkan verir.

 

Hotelin ekoloji dizayn və onun ətrafında valehedici təbiətin olması sayəsində gələcəkdə həm Çin əhalisi həm də bura gələn turistlər üçün unikal bir yer olacağı gözlənilir.



geriyə