Xəlifə Qülləsi

 

 

 

 

Dubayda inşa edilmiş dünyanın ən hündür binası -hündürlüyü 829.8 metr olan “Xəlifə Qülləsi”-nin təntənəli açılışı 4 yanvar 2010-cu ildə baş tutmuşdur. Binanın forması stalaqmiti xatırladır. Bina 163 mərtəbədən ibarətdir.

 “Xəlifə Qülləsi” öz bulvarı və parkları olan “şəhər içində şəhər” kimi layihələndirilmişdir. Binanın ümumi dəyəri 1,5 milyard dollardır. Binanın layihəsi Amerikanın Skidmore,Oüings and Merill memarlıq bürosu tərəfindən işlənmişdir. Layihənin müəllifi Amerika memarı Edrian Smitdir.

Kompleksin içində hotel, mənzillər, ofislər, ticarət mərkəzləri yerləşir. Hotelin dizaynı Corco Armani tərəfindən işlənmişdir.

 

 

 

 

 

 



geriyə