Abu Dabidə inşa edilmiş dəyirmi formada göydələn

 

 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı olan Abu Dabidə dünyada ilk dəfə dəyirmi formada Göydələn inşa edilmişdir.

Dəyirmi bina “MZ Archtects” studiyası tərəfindən layihələndirilmişdir.Layihələndirmə zamanı bir çox formalar təklif olunmuş və sonda dəyirmi balıqqulağı forması qəbul edilmişdir. Dairə həm də səmərəlilik, möhkəmlik və birlik rəmzidir. Bu formanın başlanğıc və son nöqtəsi olmadığı üçün onu sonsuzluq və mükəmməllik simvolu kimi də izah etmək olar.

Eyni zamanda bu dəyirmi göydələn Abu Dabidə ekoloji baxımdan zərərsiz sayılan ilk ofis binasıdır.

 

 

 

 



geriyə