Crystal Ball-Light of the Future

Qatarda büllur top formasında inşa edilmiş Ticarət- Əyləncə Kompleksi

2022-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq Qatarda nəhəng büllur top quraşdırılması planlaşdırılmışdır.

Özünün qeyri-adi və çox bahalı tikililəri ilə seçilən Qatar “Crystal Ball-Light of the Future” qurğusunun layihələndirilməsi barədə rəsmi məlumat vermişdir.

 

Layihəyə görə bu qurğu fırlanan nəhəng büllur topu özundə əks etdirəcək. Həmçinin bu qurğuda idman muzeyi və geniş ticarət mərkəzi də nəzərdə tutulmuşdur.

Layihənin memarı və ideya müəllifi “Apriori Communications” agentliyinin dizayneri Daniel Koletikdir.



geriyə