The New Century Global Center

 

 

“The New Century Global Center” Ofis,hotel,ticarət və istirahət kompleksi

 

Çin, Çendu şəhəri

Çinin cənub qərbində Sıçuan əyalətində dünyanın ən böyük binası inşa edilmişdir. Bina uzunluğu 500metr , eni 400 metr və hündürlüyü 100 metr olan çox böyük ölçülərə malikdir. Bu meqa-binanın ümumi sahəsi 1,76 milyon kvadrat metrdir. “The New Century Global Center”-in inşası 3 il davam etmişdir. Burada ofislər, 5 ulduzlu hotellər, ticarət mərkəzləri, istirahət mərkəzi, 14 zaldan ibarət kinoteatr, xizəkli konkisürmə üzrə beynəlxalq yarışların keçirilməsinə imkan yarada bilən buz meydançası var.

Bina Sidney Opera Teatrında təxminən 20 dəfə böyükdür. Binanın mərkəzi hissəsində Cənnət adası adlanan nəhəng akvapark yerləşir.

 

 

 

 



geriyə