Duo Kompleksi

Bu göydələnlər Parisin 13-cü dairə adlanan hissəsində yerləşir. Göydələnlərin terraslarındakı ağac və kollar onlara xüsusi yaraşıq verir. Bundan əlavə, bu göydələnlərin üst qatının baxış meydançası kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Ofis kimi fəaliyyət göstərməsi nəzərdə tutulan binanın hündürlüyü 175 metr, 237 nömrəlik hotel binasının hündürlüyü isə 115 metrdir. Göydələlərin qızılı rənglə zolaqlanmış parlaq fasadı var. Kompleksin tikintisinin 2018-ci ilə -dək başa çatdırılması nəzərdə tutulur.

 



geriyə