Marina Lofts Kompleksi

“Marina Lofts” Kompleksi, ABŞ, Florida

Müəllif: “BİG” memarlıq bürosu

 

Layihəyə görə binaların Nyu-River çayının sahilində yerləşdirilməsi nəzərdə tutulmuşdur ki, bu da həmin binalardan yaxınlıqda yerləşən park zonasının əsrarəngiz gözəlliyinə tamaşa etməyə imkan yaradacaqdır. Kompleks üç binadan ibarətdir. Kompleksdə 1000 mənzilin, kafe və mağazaların, həmçinin oranjereya və bağların da yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Binaların konstruksiyaları onların sanki iki hissəyə bölünməsi effektini verir. Bu da memarlara şəhərlə Nyu-River çayının ətrafında yaradılmış əsl oazislə əlaqə yaratmağa imkan vermişdir.

Üçüncü bina isə mövcud ellingin üzərində inşa ediləcəkdir və 250 qayıq və yaxta üçün nəzərdə tutulmuşdur.



geriyə