İnfinity Tower

“İnfinity Tower”-Seul, Cənubi Koreya

Müəllif: “GDS Architects” memarlıq şirkəti (ABŞ)

Bu binanın əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, bina müəyyən işıqlandırma sistemi vasitəsilə görünməz ola bilir.

Həmçinin binada əyləncə obyektlərinin də yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Burada akvapark, attraksionlar parkı, 4D kinoteatr və möhtəşəm görüntüyə malik baxış meydançası fəaliyyət göstərəcəkdir.

Layihə üzrə “İnfinity Tower”-in hündülüyü 450 metrdir. Hündürlüyünə görə “İnfinity Tower” dünyada 6-cı yeri tutacaqdır.

Binanın inşasının başa çatdırılması 2016-cı ilə planlaşdırılımışdır.



geriyə