Uşaq baxçası

Uşaq baxçası-Vyetnam , Dong Nay

Müəllif: Vo Trong Nghia Architects studiyası

Vo Trong Nghia Architects studiyasının memarları layihənin məhdud büdcəsinə baxmayaraq inşa ediləcək baxçada uşaqların meyvə-tərəvəzin necə yetişdirildiyini əyani olaraq görməsi üçün xüsusi layihə prinsiplərindən istifadə etmişlər. Belə ki, baxçanın damı yaşıl örtüklə örtülmüşdür ki, bu da həmin ərazidə bitkilərin yetişdirilməsinə şərait yaradır.

“Sürətli urbanizasiya Vyetnam uşaqlarını yaşıllıqdan və uşaq meydançalarından məhrum edir. Uşaqların təbiətlə əlaqəsi kəsilir. Bizim yaratdığımız Uşaq baxçası isə bu problemi aradan qaldırmış olacaq”- bu fikri layihəçilər söyləyir.



geriyə