Ümumi suallar

Sual ver 

Sual:: Salam. Mən Xətai r. Natiq Əliyev 38 ünvanında yaşayıram. Hal-hazırda bizim mənzilin yaxınlığındakı bəzi mənzil və obyektlərin "Ağ Şəhər" layihəsinə görə sökülməsinə başlanılıb. Və bizim mənzilin yerləşdiyi binanın söküləcəyi ilə bağlı çoxlu söz-söhbətlər var. Sizdən öyrənmək istədiyim budur ki, Natiq Əliyev 38ünvanındakı bina söküləcəkmi? 
Cavab:: Bildirmək istəyirik ki, qaldırdığınız məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyiniz məqsədəuyğundur.


Sual:: 1990-1992-ci illərdə keçmiş "Bakı Elektroştamp" zavodunun işçiləri üçün Bakı şəhəri A.Nemətulla küçəsi 1987 ünvanında inşa olunmuş 9 mərtəbəli binada 20 ildən artıqdır ki, yaşayırıq.2-3 mənzil özəlləşdirilib satılıb, lakin evin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsi əsası ilə qalan mənzilləri ğzəlləşdirmirlər.Biz nə edək? 
Cavab:: Sizin sorğunuza cavab olaraq bildiririk ki, qaldırdığınız məsələnin həlli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri xaricində olduğu üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və ya yerli icra hakimiyyyətinə müraciət etməyiniz tövsiyyə olunur. 

Sual:: Salam. Mən Bakı şəhərinin təsdiq edilmiş Baş Planını hardan və necə əldə edə bilərəm?Zəhmət olmasa köməklik edə bilərsiniz. 
Cavab:: Bakı şəhərinin qüvvədə olan mövcud Baş planına və Böyük Bakının 2030-cu ilə qədər proqnozik inkişaf konsepsiyasına Komitənin http://arxkom.gov.az/?/az/content/329/ internet saytında baxa bilərsiniz.

♦ ♦ ♦

Sual:: Salam. Mən bilmək istərdim ki, eni 10 metr 80 sm uzunu 33 metr olan heyət yani sahədə ev tikmək olarmı? 
Cavab:: Göndərdiyiniz suala cavab olaraq bildiririk ki, qeyd etdiyiniz ölçüdə olan həyətyanı sahədə fərdi ev tikməyin mümkünlüyünü həmin sahəyə baxış keçirdikdən və evin qabarit ölçülərini bildirdikdən sonra müəyyən etmək olar. bunun üçün də Siz müvafiq yerli icra hakimiyyəti orqnının memarlıq xidmətinə müraciət etməlisiniz.

♦ ♦ ♦

Sual:: Salam. Sizə bir sualla müraciət etmək istəyirəm. Tikintisi başa çatmış bir fərdi yaşayış evi üçün (evin hündürlüyü 6.9 metrdir) istismara qəbul aktı üçün nə qədər dövlət rüsumu ödəməliyəm/ümumiyyətlə ödəməli olduğum məbləği mənə bildirməyinizi xahiş edirəm. 
Cavab:: Bildiririk ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununda fərdi yaşayış evinin istismara qəbul edilməsi üçün rüsum nəzərdə tutulmamışdır. 



geriyə