Elektron xidmətlər

Azərbaycan Respublikasının

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

 

Əmr №101

 

     Bakı şəhəri                                                                                                                            “21” oktyabr 2015-ci il

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsinin dayandırılması barədə

 

Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli Fərmanına əsasən sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilməsi ilə əlaqədar olaraq əmr edirəm:

1.Bu əmr imzalandığı tarixdən Komitə tərəfindən “Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılsın.

2.Aparatın rəhbəri Elmar Hüseynzadəyə tapşırılsın ki, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tələb olunduğu halda lisenziyalaşdırma ilə bağlı müvafiq məlumatların vaxtında verilməsini təmin etsin.

3.Bu əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram

                             

                                     Sədr                                                                                      Abbas Ələsgərov

 
 
 


geriyə