Apellyasiya Şurasının yaradılması

Azərbaycan Respublikasının

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

ƏMR

№   32

 

Bakı şəhəri                                                                                                                   12    fevral     2016-cı il

 

“Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura

   Komitəsində Apellyasiya Şurasının yaradılması barədə”

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şurasının yaradılması haqqında”  Azərbaycan Respublikasının Prezidentinin 03 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 09 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 14.2 bəndini rəhbər tutaraq əmr edirəm:

1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ictimai əsaslarla fəaliyyət göstərən Apellyasiya Şurası yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apellyasiya Şurası 7 nəfərdən ibarət müəyyən edilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Apellyasiya Şurasının sədri:

Dövlətxan Dövlətxanov   - sədr müavini

Apellyasiya Şurasının üzvləri:

Əmiraslan Həsənov  - Dövlət Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini

Fəxri Aydəmir   - Şəhərsalma şöbəsinin müdir müavini

Bariz Əzizov  - Arxitektura şöbəsinin müdir müavini

Vidadi Eminov   - Tikintilərin Dövlət reyestri şöbəsinin müdir müavini

Natiq Mehtiyev  - Hüquq və kadr məsələləri şöbəsinin müdir müavini

Sevinc Hacıyeva  - Texniki normalar və lisenziya şöbəsinin Texniki normalar sektorunun müdiri

 

3. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi üçün Komitənin Apellyasiya Şurasının Katibliyi 3 nəfərdən ibarət müəyyən edilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Katibliyin rəhbəri:

Elnur Feyzullayev   - Şəhərsalma kadastrı şöbəsinin məsləhətçisi

Katibliyin üzvləri:

Fərid Cavadzadə  - İqtisadiyyat və smeta normaları şöbəsinin Smeta normaları sektorunun məsləhətçisi

Sevda Məmmədova   - Hüquq və kadr məsələləri şöbəsinin Hüquq sektorunun baş mütəxəssis-böyük inspektoru

4. Apellyasiya Şurasının Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

5. Beynəlxalq əlaqələr və informasiya şöbəsinə (Ə.Əhmədov) tapşırılsın ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apellyasiya Şurasının yaradılması barədə əmri və Apellyasiya Şurası haqqında Əsasnaməni Komitənin internet səhifəsində yerləşdirsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

      Sədr                                                                                            Abbas Ələsgərov 



geriyə