Troplo Kids

Almaniya, Hamburq şəhəri

Müəllif: “Kadawittfeldarchitektur” memarlıq bürosu

Almaniyanın Hamburq şəhərində “Troplo Kids” unikal uşaq bağçası inşa edilmişdir.

Unikal bağça 9 aydan 6 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuşdur.

Fasadın  əlvan rəngli həndəsi formaları ilk baxışdan diqqəti cəlb edir və xoş əhval-ruhiyyə yaradır.Binanın daxili tərtibatı da çox maraqlıdır.Memarlar burada uşaqların tam rahatlığını təmin etməklə yanaşı onlara yaradıcılıqla bağlı oyunlar üçün də hər bir şərait yaratmışlar. Binanın birinci mərtəbəsi ən kiçik uşaqlar üçün 2-ci mərtəbəsi isə daha böyük uşaqlar üçün planlaşdırılmışdır. Bundan əlavə binanın 2-ci mərtəbəsində emalatxana, iclas zalı və yeməkxana vardır. Binada lift quraşdırılmışdır. Bu layihə qızıldan keyfiyyət sertifikatı ilə təltif edilmişdir.



geriyə