Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazə almaq üçün tələb olunan sənədlər

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazə almaq üçün sifarişçi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ərizə ilə müraciət edir və ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

-tikinti layihəsi;

-sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti.



geriyə