Şəhərsalma kadastrı

Dövlət torpaq kadastrı – torpaq istifadədəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitrovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.

Daşınmaz əmlakın vahid dövlət kadastrı – daşınmaz əmlakın uçotu, uçota alınmış daşınmaz əmlaka dair məlumatların, sənədlərin, xəritə materiallarının sistemləşdirilmiş məcmusundan ibarət informasiya sistemidir.

Dövlət şəhərsalma kadastrı - müvafiq sərhədlərlə hüdudlanan ərazi, ərazi hissələri üzrə, ərazi planlaşma sənədləri, bina, tikili və qurğular, mühəndisi, nəqliyyat və sosial infrastruktur obyektləri, ərazinin şəhərsalma dəyəri, onun mühəndis-geoloji, statiatik, ekoloyi, seysmik, sürüşmə, subasma, sanitar-gigiyenik və epidemioloji, hidrogeoloji xüsusiyyətləri və sair sahəvi kadastr məlumatları (kəmiyyət və keyfiyyət göstəriciləri) da daxil olmaqla ərazinin kompleks qiymətləndirilməsi və şəhərsalma fəaliyyətində müvafiq qərarlar qəbul edilməsi üçün vahid dövlət informasiya sistemidir.

Dövlət şəhərsalma kadastrının tərkibinə - Ümumi planlar (Аzərрbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin -regionların, rayon ərazi vahidlərinin lanları), şəhərlərin və digər yaşayış məntəqələrinin baş planları, şəhərlərin, qəsəbələrin, kəndlərin ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planları, tikintilərin dövlət reyestri , ərazinin mərzlənmə layihəsi, mühəndis (su, kanalizasiya, elektrik, qaz, rabitə, və s.), yol - nəqliyyat şəbəkələri, müvafiq sahəvi kadastr məlumatları və digər şəhərsalma sənədləri daxildir.

Dövlət şəhərsalma kadastrının əsas məqsədi - şəhərsalma norma və qaydalarının, şəhərsalma reqlamentlərinin tələblərinə əməl olunmasını, ərazinin kompleks idarə olunmasını və tənzimlənməsini həyata keçirməkdir.

Dövlət şəhərsalma kadastrının vəzifələri - müvafiq səviyyələr üzrə şəhərsalma kadastrı və sahəvi kadastr orqanlarından qanunvericiliyə uyğun olaraq məlumatların alınmasını, informasiya bazasının yaradılmasını, aparılmasını və onun istifadə qaydalarını tənzimləyir.

Dövlət şəhərsalma kadastrı xəritəsi (rəqəmsal kadastr xəritəsi) – ərazi planlaşma sənədlərinə və sahəvi kadastrların aparılmasının nəticələrinə dair kağız və ya elektron formada açıq coğrafi koordinat sistemində torpaq sahəsinin sərhədlərinin, ərazi zonalarının, mühafizə zonalarının, servitutların, məhdudiyyətlərin, torpaq sahəsində yerləşən bina, tikili, qurğu, yeraltı, yerüstü kommunikasiyaların, çayların, göllərin, yolların və digər daşınmaz əmlakın yerləşməsini, təsvirini (ayrı-ayrı laylar üzrə), formalaşmasını özündə əks etdirən baza göstəricilərinə malik xəritə;

Sahəvi kadastrlar- dövlət torpaq kadastrı, daşınmaz əmlak kadastrı, meşə kadastrı, yer təki kadastrı, su kadastrı, meliorasiya və irriqasiya sistemlərinin kadastrı, şəhərsalma kadastrı, avtomobil və dəmir yollarının kadastrı, nəqliyyat və rabitə infrastrukturu obyektlərinin kadastrı tikili, qurğu, əmlak kompleksi kimi müəssisələrin, müəssisə filialların, çoxillik əkmələrin, kommunikasiyaların kadastrı və s



geriyə