Böyük Bakı

 


         

         

         
  
           

          
  
    
  
Böyük Bakı regionun (BBRİP ərazisi) ümumi sahəsi 284 562 ha olmaqla cənubda Ələt qəsəbəsindən, Sumaqayıtın şimalında, Xızı rayonuna qədər, qərbdə isə Abşeron iqtisadi rayonunun Xəzər dənizi sahillərini əhatə edir. 2011-ci ilin hesablamalarına əsasən regionun əhalisi 2,6 milyon nəfər təşkil edir. Əhalinin artım tempini nəzərə alaraq 2030-cu ilə qədər regionun ümumi əhalisinin sayının 3,6 milyona çatacağı ehtimal olunur.

Azərbaycanın sənaye müəssisələrinin əksəriyyəti Böyük Bakı regionunda cəmləşmişdir. Sənayedə çalışan əmək qüvvəsinin 94%-i Böyük Bakı regionun payına düşür. 65%-i isə peşə, texniki və elmi fəaliyyət sahələrinin payına düşür. Böyük Bakı regionun daxilində işçi qüvvəsinin 80%-i Bakı şəhərinin payına düşür. Daha sonrakı yerdə 12% təşkil etməklə Sumqayıt durur.

Böyük Bakı regionunda 2011-ci ildə cəmi 624,2 min mənzil (ev) mövcuddursa, 2030-ci ildə 910,5 min mənzil(ev) olması planlaşdırılır.

Ölkə üzrə ali təhsil müəssisələrinin 84%-i və orta ixtisas təhsil müəssisələrinin 48%-i Böyük Bakı regionunda yerləşir.

Məxsusi Bakının ərazidən istifadə və zolanaşdırma planı 

 



geriyə