Göygöl şəhərinin Baş plan layihəsinin ictimai müzakirəsi

05 avqust 2014

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Göygöl şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsinin ictimai müzakirəsi 04 avqust 2014-cü il tarixdən başlayaraq 60 gün müddətində Göygöl şəhərində keçiriləcəkdir. Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə aid irad və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar.
Göygöl şəhəri, Azay Kazımov küçəsi 1, Göygöl şəhər İcra Hakimiyyətinin binası.




geriyə