Kotirovka sorğusu

25 iyun 2014
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1 (bir) ədəd xidməti minik avtomobilinin alınması məqsədilə kotirovka sorğusu elan edir. 
  
Komitənin ehtiyacları üçün mühərrikinin iş həcmi 2,5 L və daha yüksək, zəmanət müddəti 3-5 il və yaxud istismar müddəti 100000-155000 kilometrə qədər, sedan tipli, yumşaq oturacaqlı, 2014-cü il buraxılış tarixli xidməti minik avtomobilinin alınması nəzərdə tutulmuşdur. 
  
Kotirovka sorğusunda iştirak etmək istəyən təşkilatlar 02 iyul 2014-cü il saat 18:00-dək Bakı şəhəri, Füzuli küç., 65 ünvanına müraciət edə bilərlər. 
  
Əlaqələndirici şəxs: Aydın Hüseynov, telefon: 595-89-27, daxili nömrə -249. 


                                                                                                                                    Tender Komissiyası. 




geriyə