Qusar şəhərinin Baş plan layihəsinin ictimai müzakirəsi

19 iyun 2014

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişı ilə Qusar şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir. 
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsinin ictimai müzakirəsi 20 iyun 2014-cü il tarixdən başlayaraq 60 gün müddətində Qusar şəhərində keçiriləcəkdir. Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə aid irad və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar. 
Qusar, Heydər Əliyev pr.134, Qusar şəhər İcra Hakimiyyətinin inzibati binası. 




geriyə