Mingəçevir şəhərinin Baş plan layihəsinin ictimai müzakirəsi

26 may 2014

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Mingəçevir şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsinin ictimai müzakirəsi 29 may 2014-cü il tarixdən başlayaraq 60 gün müddətində Mingəçevir şəhərində keçiriləcəkdir. Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə aid irad və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar.

Mingəçevir şəhəri, 20 yanvar küçəsi 146, Mingəçevir şəhər İcra Hakimiyyətinin binası.



geriyə