Naftalan şəhərinin Baş plan layihəsinin ictimai müzakirəsi

14 aprel 2014

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Naftalan şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Naftalan şəhərinin Baş planının hazırlanmış ilkin layihəsinin ictimai müzakirəsi 60 gün müddətinə Naftalan şəhərində keçiriləcəkdir. Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə dair etiraz və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi 2, birinci İcra nümayəndəliyinin binası, 16 apreldən başlayaraq.




geriyə