Sifarişçilərin nəzərinə

13 fevral 2014

Lisenziya şərtlərinə və tələblərinə riayət edilmədiyindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş aşağıda qeyd olunan xüsusi razılıq (lisenziyaların) fəaliyyəti 11 fevral 2014-cü il tarixdən dayandırılmışdır:

"ART AKADEMİYA" Məhdud Məsuliyyətli Cəmiyyəti - lisenziya № 022560 (qeydiyyat nömrəsi L-09-052, verilmə tarixi 24.12.09.);

"SENTR-İMD" Məhdud Məsuliyyətli Cəmiyyəti - lisenziya № 022578 (qeydiyyat nömrəsi L-10-016, verilmə tarixi 14.04.10.);

"Azərbaycan John Brown" Qapalı Səhmdar Cəmiyyəti - lisenziya № 022735 (qeydiyyat nömrəsi L-12-035, verilmə tarixi 30.11.12.);

Xələfov Namik Mədət oğlu - lisenziya № 022587 (qeydiyyat nömrəsi L-10-025, verilmə tarixi 24.05.10.);

- Yaqubov Rafael Aydın oğlu - lisenziya № 022545 (qeydiyyat nömrəsi L-09-037, verilmə tarixi 29.10.09.).




geriyə