Tender elanı

12 may 2011

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında tikinti sahəsində nəzarətin gücləndirilməsi haqqında" 30.08.2007-ci il tarixli 624 saylı Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" 18.09.2008-ci il tarixli 217 nömrəli Qərarına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti normativ sənədlərinin işlənib hazırlanması xidmətlərinin satınalınmasına dair açıq tender keçirir.

Tender "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun şərtləri əsasında keçirilir.

İddiaçılar Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Komitəyə tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (yüz) azərbaycan manatı məbləğində vəsaiti ödədikdən sonra ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Komitə, tikinti normativ sənədlərinin işlənib hazırlanması üçün iddiaçıları öz təkliflərini təqdim etməyə dəvət edir. Tikinti normativ sənədlərinin tərkibi haqqında məlumat Layihə tapşırığında verilir.

İddiaçılar, tenderin asas şərtlər toplusunda göstərilmiş keyfiyyət və qiymət seçki üsuluna əsasən seçiləcəklər.Tender təklifi texniki və maliyyə təklifindən ibarət olmalıdır.

Texniki təklifin qiymətləndirmə meyarları:

-iddiaçının analoji sahədə iş təcrübəsi-5 bal;

-iş planı və metodikanın layihə tapşırığına uyğunluğu -15 bal;

-təklif olunan əsas heyətin ixtisas dərəcəsi və təcrübəsi-80 bal.

Texniki qiymətləndirilmənin minimal keçid balı: 70 bal təşkil edir.

Maliyyə təklifinin qiymətləndirmə meyarı -ən aşağı qiymətdir. Maliyyə təklifində layihə təşkilatına tətbiq olunacaq bütün növ vergilər (ƏDV daxil olmaqla) nəzərə alınmalıdır.

Tenderdə iştirak etmək istəyənlər iddiaçı kimi qeydiyyata alınması üçün 10 iyun 2011-ci il yerli vaxtla saat 16-00-dək, Komitəyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının borclarının olub-olmaması barədə müvafiq rayon vergilər idarəsi və sosial müdafiə fondu tərəfindən verilmiş arayışlar;

-müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş qirovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış.

İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifini və tender təklifinin bank təminatını möhürlənmiş ikiqat zərfdə 22 iyun 2011-ci il yerli vaxtla saat 16:00 qədər, Azərbaycan Respublikası, Bakı şəhəri, Fizuli küçəsi, 65, 3-cü mərtəbədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ofisinə təqdim etməlidirlər.

İddiaçının texniki və maliyyə təkliflərindən ibarət tender təklifi zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır, tender təklifi qiymətinin 2%-i həcmində bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır. Gecikdirilmiş təkliflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri olan zərflərin açılışı 23 iyun 2011-ci il tarixdə yerli vaxtla saat 16:00-da yuxarıda göstərilən ünvanda keşiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank rekvizitləri:

MN DXA-nın 1 saylı xəzinə idarəsi, hesab №-si 33205019449328518204, VÖEN: 1700986181

Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı, Kodu 805722,

VÖEN: (bank) 9900001881, Müxbir hesabı 0137010002944, S.W.I.F.T: IBAZAZ2Х. Komitənin VÖEN: 1400032621

Ödəniş sənədində məqsədli maliyyələşdirmə olması göstərilməlidir.

 

Telefonlar: 595-89-27 əlavə 2-32

Faks: 498-14-14

Əlaqələndirici şəxs - Təyyar Əliyev

 

Tender komissiyası




geriyə