Tender elanı

31 avqust 2010

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanının icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) proqramın 4.3.2.14.; 4.3.4.7. və 4.3.5.10-cu bəndlərində nəzərdə tutulmuş Aran, Gəncə-Qazax və Quba-Xaçmaz iqtisadi rayonları üzrə Dövlət büdcəsinin vəsaiti hesabına:

Lot 1- "Aran iqtisadi rayonu üzrə Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxeminin";

Lot 2- "Gəncə-Qazax iqtisadi rayonu üzrə Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxeminin";

Lot 3- "Quba-Xaçmaz iqtisadi rayonu üzrə Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxeminin" işlənilməsi xidmətlərinin satınalınmasına dair açıq tender keçirir.

Tender "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun şərtləri əsasında keçirilir.

İddiaçılar azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu DŞAK-a tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər bir lot üzrə 100 (yüz) azərbaycan manatı məbləğində vəsaiti ödədikdən sonra ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

DŞAK-si yuxarıda adı çəkilən lotlar üzrə layihə-planlaşdırma sənədlərinin hazırlanmasına dair layihə işlərinin yerinə yetirilməsi üçün iddiaçıları təkliflər təqdim etməyə dəvət edir. Layihə-planlaşdırma sənədlərinin tərkibi və həcmi haqqında ətraflı məlumat Layihə tapşırığında verilir.

İddiaçılar, tenderin asas şərtlər toplusunda göstərilmiş keyfiyyət və qiymət seçki üsuluna əsasən seçiləcəklər.Tender təklifi texniki və maliyyə təklifindən ibarət olmalıdır.

Texniki təklifin qiymətləndirmə meyarları:

-iddiaçının analoji sahədə iş təcrübəsi-5 bal;

-iş planı və metodologiya-40 bal;

-əsas işçilərin ixtisas dərəcəsi və təcrübəsi-55 bal.

Texniki qiymətləndirilmənin minimal keçid balı: 70.

Maliyyə təklifinin qiymətləndirmə meyarı -ən aşağı qiymətdir. Maliyyə təklifində layihə təşkilatına tətbiq olunacaq bütün növ vergilər (ƏDV daxil olmaqla) nəzərə alınmalıdır.

İddiaçılar ixtisas dərəcələrinin artırılması məqsədilə birləşə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər iddiaçı kimi qeydiyyata alınması üçün 04 oktyabr 2010-cu il yerli vaxtla saat 16-00-dək, DŞAK-nə aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının borclarının olub-olmaması barədə müvafiq rayon vergilər idarəsi və sosial müdafiə fondu tərəfindən verilmiş arayışlar;

-müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş qirovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış.

İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifini və tender təklifinin bank təminatını bağlı zərfdə 11 oktyabr 2010-cu il yerli vaxtla saat 16:00 qədər, Bakı şəhəri, Fizuli küçəsi, 65, 3-cü mərtəbədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etməlidirlər.

Iddiaçının texniki və maliyyə təkliflərindən ibarət tender təklifi zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır, tender təklifi qiymətinin 2%-i həcmində bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır. Gecikdirilmiş təkliflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri olan zərfləri 12 oktyabr 2010-cu il yerli vaxtla saat 16:00-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iclas zalında tender komissiyası tərəfindən açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi: MN DXA-nın 1 saylı xəzinə idarəsi, hesab №-si 33205019449328518204, VÖEN: 1700986181

Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı, Kodu 805722,

VÖEN: 9900001881, Müxbir hesabı 0137010002944, SWİFT.BİK.İBAZAZ2Х.

Komitənin VÖEN: 1400032621

Ödəniş sənədində məqsədli maliyyələşdirmə olması göstərilməlidir.

 

Telefonlar: 495-89-27 əlavə 2-32 
Faks: 498-14-14 
Əlaqələndirici şəxs - T.Əliyev

 

Tender komissiyası




geriyə