Göyçay şəhərinin Baş planının ilkin layihəsi ilə tanışlıq

28 oktyabr 2015

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Göyçay şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsi ilə tanışlıq 28 oktyabr 2015-ci il tarixdən başlayaraq 60 gün müddətində Göyçay şəhərində keçiriləcəkdir.

Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə dair etiraz və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar.

Göyçay şəhəri, M.Ə. Rəsulzadə küçəsi 118, Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binası.




geriyə