Xaçmaz şəhərinin Baş planının ilkin layihəsi ilə tanışlıq

19 noyabr 2015

 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Xaçmaz şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsi ilə tanışlıq 18 noyabr 2015-ci il tarixdən başlayaraq 60 gün müddətində Xaçmaz şəhərində keçiriləcəkdir. Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə dair etiraz və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar.

Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Xaçmaz Rayon İcra Hakimiyyətinin inzibati binası.




geriyə