Salyan şəhərinin Baş planının ilkin layihəsi ilə tanışlıq

23 dekabr 2015

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Salyan şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsi ilə tanışlıq 24 dekabr 2015-ci il tarixdən başlayaraq 60 gün müddətində Salyan şəhərində keçiriləcəkdir. Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə dair etiraz və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar.

Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 136, Salyan Rayon İcra Hakimiyyətinin inzibati binası.




geriyə