Daşkəsən, Şabran və Tərtər şəhərlərinin baş planlarının tərtibi işlərinin satın alınması barədə açıq tender elanı

22 iyun 2017

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Komitə) dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Daşkəsən, Şabran və Tərtər şəhərlərinin baş planlarının tərtibi işlərinin satın alınması üzrə Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında aşağıda göstərilən lotlar üzrə açıq tender keçirir:

Lot 1. “Daşkəsən şəhərinin baş planının tərtibi”;

Lot 2. “Şabran şəhərinin baş planının tərtibi”;

Lot 3. “Tərtər şəhərinin baş planının tərtibi”.

Qeyd olunan lotlar üzrə Baş planın tərtibi işləri müəyyən olunmuş qrafik əsasında 24 ay ərzində hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi ilə təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.

Görüləcək işlərin tərkibi və həcmi haqqında ətraflı məlumat Layihə tapşırığında verilir.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq tenderin əsas şərtlər toplusunu DŞAK-ın aşağıda qeyd olunmuş hesabına hər bir lot üzrə 100 (bir yüz) Azərbaycan manatı məbləğində iştirak haqqını ödədikdən sonra bu elanda göstərilmiş ünvandan əlagələndirici şəxsə müraciət edərək ala bilərlər.

Hesab: MN DXA-nın 1 saylı Xəzinədarlıq İdarəsi,

hesab №-si AZ31IBAZ36010059449328518204, VÖEN: 1700986181.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Müxbir hesabı: AZ03NABZ01350100000000002944, SWIFT.BİK.IBAZAZ2X.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesablaşma hesabı: AZ31IBAZ36010059449328518204, VÖEN: 1400032621.

Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı, Kodu 805722, VÖEN: (bank) 9900001881.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Ödəniş sənədində məqsədli maliyyələşmə olması göstərilməlidir.

Tenderdə ərazi planlaşdırılması sənədlərinin hazırlanması sahəsində texniki imkanları, idarəetmə səriştəsi, peşəkarlığı, təcrübəsi (son 5 ildə şəhərsalma və ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına dair tamamlanmış və ya tamamlanmaqda olan iki və daha çox iş icra etməsi) və satınalma müqaviləsini bağlamaq səlahiyyəti olan, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan təşkilatlar iştirak edə bilər.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər 28 iyul 2017-ci il yerli vaxtla saat 16-00-dək, Komitəyə aşağıda qeyd edilmiş sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (əsli);

-iştirakçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iştirakçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iştirakçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-müvafiq işlər (xidmətlər) üzrə mənşə və uyğunluq sertifikatları;

-iştirakçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamasına dair müvafiq vergilər idarəsi və dövlət sosial müdafiə fondu tərəfindən verilmiş arayışlar;

-müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

-İddiaçılar tender təklifi və tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatını bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 07 avqust 2017-ci il yerli vaxtla saat 16:00 qədər, Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında yerləşən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

İddiaçı öz tender təklifində satınalma müqaviləsi ilə əlaqədar tətbiq olunacaq bütün növ vergiləri (ƏDV daxil olmaqla) nəzərə almalıdır.

İddiaçının texniki və maliyyə təkliflərindən ibarət tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır, tender təklifi ilə birlikdə təqdim olunan tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır.

Sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti olmaqla) tərtib edilməlidir.

İddiaçılar bu tenderin əsas şərtlər toplusunda göstərilmiş keyfiyyət və qiymət seçim üsuluna (KQS) əsasən seçiləcəkdir. İddiaçıların təklifinin qiymətləndirilməsi zamanı satınalan təşkilat xarici iddiaçıların tender təklifləri (idxal olunan mallar, işlər və xidmətlər üzrə) ilə müqayisədə yerli iddiaçıların tender təkliflərinin (mallar, işlər və xidmətlər üzrə)  xeyrinə 20 faizə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir.

İddiaçıların tender təklifləri olan zərflərin açılışı 08 avqust 2017-ci il tarixində yerli vaxtla saat 16:00-da Bakı şəhəri, Füzuli küçəsi, 65, III mərtəbədə yerləşən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iclas zalında keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Açıq tender elanı rəsmi internet saytında yerləşdirilmişdir.

Tender haqqında əlavə məlumat almaq üçün:

Telefonlar: 597-51-32

Əlaqələndirici şəxs - T.Əliyev

              

Tender komissiyası




geriyə