Biləsuvar şəhərinin Baş planının ilkin layihəsi ilə tanışlıq

20 oktyabr 2017

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Biləsuvar şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsi ilə tanışlıq 19 oktyabr 2017-ci il tarixdən başlayaraq 60 gün müddətində Biləsuvar şəhərində keçiriləcəkdir. Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə dair etiraz və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar.

Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213, Biləsuvar Rayon İcra Hakimiyyətinin inzibati binası.




geriyə