Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Böyük Bakının Regional İnkişaf Planı layihəsinin İcra Qrupu üçün vakansiya elan edir

24 avqust 2015

Azərbaycan Respublikası 2007 – ci ildə Dünya Bankı ilə Böyük Bakının Regional İnkişaf Planı (BBRİP) hazırlanması üçün kredit sazişi (7460 AZ – Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Komponent B 1) imzalamışdır.

2009 – cu ilin mart ayında kredit sazişinə əlavə edilmiş və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) Böyük Bakının Regional İnkişaf Planının (BBRİP) icrası üçün cavabdeh qurum təyin edilmişdir. Plan Komitə tərəfindən hazırlanmış və 2014-cü ildə təsdiq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmşdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yaradılmış Layihə İcra Qrupu (LİQ) layihənin idarə edilməsinə və layihə üzrə 31 dekabrı 2016-cı il kredit sazişinin (7460 AZ) bitmə müddətinə qədər Böyük Bakının Regional İnkişaf Planının (BBRİP) layihəsi çərçivəsində nəzərdə tutulan işlərin davam etdirilməsinə cavabdehdir.

Komitə Layihə İcra Qrupu üçün aşağıdakı vəzifə üzrə vakansiya elan edir:

Layihə Rəhbəri

Əsas Vəzifələri:

• BBRİP-nın icrası ilə əlaqədar gündəlik işlərin həyata keçirilməsində Layihə İcra Qrupu (LİQ) heyətinin idarə edilməsi və ona rəhbərlik;

• BBRİP-nın icrası ilə əlaqəli bütün məsələlərdə DŞAK ilə Dünya Bankı arasında əlaqənin qurulması;

• LİQ-in gündəlik fəaliyyətlərinə nəzarət edilməsi, fəaliyyət effektivliyinin qiymətləndirilməsi (o cümlədən heyətin fəaliyyətlərinin qiymətləndirilməsi və rəy bildirilməsi) and zəruri olduqda dəyişiklik edilməsi ilə bağlı tövsiyyələrin verilməsi;

• LİQ-in səmərəli fəaliyyətinin və qrupun öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə qurğuların, avadanlıqların və digər resursların satın alınması;

• LİQ əməkdaşlarının sahələrinə uyğun olaraq qısa və ya uzun müddətli təlimlərə göndərilməsi məsələləri ilə bağlı işlərin yerinə yetirilmsəi;

• LİQ-ə qısamüddətli və uzunmüddətli texniki işçilərin (məsələn, auditorlar, yazılı və şifahi tərcüməçilər, Layihə idarə olunması üzrə mütəxəssis, şəhərsalma və şəhər iqtisadiyyatı üzrə yerli mütəxəssislər və s.) seçilməsi və işə götürülməsinə rəhbərlik edilməsi, habelə Texniki Tapşırıqların və namizədlərin siyahısının (tender komissiyasının köməyi ilə) təsdiq olunması və müqavilə əsasında işə cəlb olunmuş işçilərin işinə nəzarət edilməsi;

• Müvafiq LİQ heyətinin köməyi ilə LİQ üzrə standart inzibati və fəaliyyət qaydalarının icrasına, o cümlədən müvafiq LİQ heyəti ilə birlikdə uçot və sənədləşmə sistemi, Maliyyə Mütəxəssisi ilə Layihə (kredit və hökumət vəsaitləri hesabına) əsasında maliyyə əməliyyatları üzrə hesabat formalarının və Satınalma üzrə Mütəxəssislə birlikdə satınalma və müqavilə qeydiyyat sisteminin qurulmasına rəhbərlik edilməsi;

• Kredit üzrə malların və xidmətlərin satın alınmasının Dünya Bankı Qaydalarına uyğun şəkildə aparılmasının təmin edilməsi və zəruri olduqda Satınalma üzrə Mütəxəssislə birlikdə Texniki Tapşırıqların layihəsinin hazırlanmasında, texniki spesifikasiyaların müəyyən edilməsində, müqavilələrin razılaşdırılmasında və s. Layihə İcra Qrupuna yardım göstərilməsi;

• Tender Komissiyasının üzvü kimi, o cümlədən qiymətləndirmə prosesində iştirak edilməsi;

• DŞAK-la əldə edilmiş razılığa əsasən Layihə Rəhbəri malların və xidmətlərin satınalınması ilə bağlı bütün sənədlərdə (tender sənədlərinin yekun təsdiqi, müqavilələrin imzalanması və s.), vəsaitlərin sərfi üçün ödəniş tələbnaməsi üzrə ərizələrdə və Layihə fəaliyyəti ilə əlaqədar digər sənədlər və yazışmaları imzalamaq səlahiyyətlərinə malik olur;

• Mallar, işlər və xidmətlər üzrə müqavilələrin icra və idarə olunmasına nəzarət edilməsi. LİQ Direktoru məsləhət xidmətləri üzrə müqavilələrin icrasına müntəzəm şəkildə nəzarət edilməsinə xüsusi diqqət yetirməlidir;

• Layihə fəaliyyətinin vəziyyətini mütəmmadi şəkildə monitorinqinin (icra planları və qrafiklərinin, ödəniş proqnozlarının hazırlanması və yenilənməsi yolu ilə) təmin edilməsi, o cümlədən Kredit Müqaviləsi şərtlərinə və Layihə əsasında digər hesabat tələblərinə uyğun olaraq müfəssəl icra hesabatlarının hazırlanması və təqdim olunması;

İxtisas Tələbləri:

• Şəhərsalma, tikinti və ya memarlıq sahəsində ali təhsil;

• Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi;

• Planlaşdırma və ya memarlıq sahəsində təcrübə;

• Komputerdən və əsas Mirosoft ofis proqramlarından istifadə bacarığı;

• Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dilini işçi səviyyədə bilmək.

QEYD: Namizədlər mütləq şəkildə tələblərə tam uyğun olmalı və potensial maraqların toqquşması imkanı olmamalıdır.

Müqavilənin Şərtləri:

Layihə Rəhbəri müqavilə əsasında 6 ay müddətinə cəlb olunur və bu müqavilənin müddəti onun fəaliyyətinin qiymətləndirilməsindən sonra layihənin sonuna kimi artırıla bilər.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini və diplomlarının surətini 10 sentyabr 2015 – ci il tarixindən gec olmayaraq aşağıdakı ünvana Layihə İcra Qrupunun Administrativ meneceri Amin Məmmədova təqdim etməlidirlər.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK)

Fizuli küçəsi 65, 3-cü mərtəbə

Az 1014 Bakı, Azərbaycan

Tel: +99412 597 51 40

E-poçt: boyukbaki@gmail.com




geriyə