Tikinti sənayesi mütəxəssislərinin nəzərinə

01 dekabr 2014

24-27 fevral 2015-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Строительство-UzBuild 2015” 16-cı Özbəkistan Beynəlxalq sərgisi və “Системы отопления и вентиляции, кондиционирование, водоснабжение, сантехника и бассейны-Aqua-Therm Tashkent 2015” 4-cü Daşkənd Beynəlxaq sərgisi təşkil olunacaq.

Avstriya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Cənubi Koreya, Çin, Polşa, ABŞ, Türkiyə, İsveçrə kimi qabaqcıl dünya dövlətlərinin iştirak edəcəyi sərgiyə Azərbaycanda tikinti sahəsində çalışan mütəxəssislər də dəvət olunur.

Bu sahədə marağı olan və sərgidə iştirak etmək istəyən şəxslər www.uzbuild.uzwww.aquatherm-tashkent.uz internet saytlarından daha ətraflı məlumat əldə edə bilərlər.

Əlaqələndirici şəxs: Yana İvanova

+(998 71) 113 01 80 (daxili 146)

yana_ivanova@kongress-servis.az




geriyə