Portuqaliyanın Türkiyədəki səfiri Jorj Kabral Dövlət Şəhərsalma və Arxitektura Komitəsində olmuşdur

17 sentyabr 2015

 

Sentyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Portuqaliyanın Türkiyədəki səfiri Jorj Kabralın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Komitə sədri Abbas Ələsgərov səfiri və nümayəndə heyətini salamladıqdan sonra qonaqlara Komitənin fəaliyyəti və görülmüş işlər barədə məlumat verilmişdir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Jorj Kabral bildirdi ki, Portuqaliya tərəfi Komitə ilə ərazi planlaşdırılması sahəsində əməkdaşlıqa maraqlıdır.

Sonra Portuqaliyanın “CENOR” Consulting Engineers şirkətinin nümayəndəsi Ayçin Mungan öz şirkətləri barədə ətraflı məlumat verərək Azərbaycanda hazırlanan ərazi planlaşdırma sənədlərinin hazırlanmasında iştirak etmək niyyətində olduqlarını bildirdi.

Görüşdə qonaqları maraqlandıran suallar cavablandırıldı və qeyd olundu ki, Portuqaliyanın layihələndirmə təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında iştirak edə bilərlər.




geriyə