Komitənin 2015-ci ilin yekunlarına dair Kollegiya iclası keçirilmişdir

18 yanvar 2016

Yanvarın 15-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Komitənin 2015-ci il üzrə fəaliyyətinin yekunlarına dair Kollegiya iclası keçirilmişdir.

İclası Komitənin sədri Abbas Ələsgərov açaraq bildirdi ki, bu iclasın keçirilməsində əsas məqsəd yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas, Komitə tərəfindən 2015-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparmaqdır.

Sonra Komitənin Aparat rəhbəri Elmar Hüseynzadə Komitənin 2015-ci ilin yekunlarına dair hesabatı barədə geniş məruzə ilə çıxış etdi.

İclasda Komitənin sədri Abbas Ələsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında verdiyi tapşırıqların icrası və Komitənin qarşısında duran məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial - iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların vaxtında və tam icrasının təmin olunmasına Komitənin şöbə və tabe institutlarının rəhbərləri tərəfindən xüsusi diqqət yetirməsi, hazırlanmasına başlanmış şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən ərazi planlaşdırma layihələrinin başa çatdırılmasının və ayrılmış maliyyə vəsaitlərinin xərclənməsi üzərində ciddi nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Kollegiya iclasının müvafiq qərarları qəbul edildi.

FOTOŞƏKİLLƏR




geriyə