Tikintiyə icazənin alınması üçün prosedura dair tövsiyyələr

19 yanvar 2016

 “...Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır. ...”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

18 yanvar 2016-cı il

 

Tikintiyə icazənin alınması üçün prosedura dair tövsiyyələr

 (sahibkarlar,  şəhərsalma və tikinti profilli mütəxəssislər ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında fikir mübadiləsi qaydasında)

Рекомендации по процедуре для получения  разрешения на строительство

Ərazinin tikinti planlaşdırma layihəsi (məcburi tikinti baş planı)

1. Ərazinin tikinti-planlaşdırma layihəsi, yeni və ya yenidən qurulan mikrorayonlar və ya yaşayış tikinti əraziləri məhəllələrinin, yaşayış və ictimai binalar qruplarının, elmi-tədqiqat, tədris, tibbi, rekreasiya, idman və digər şəhərsalma, memarlıq, landşaft kompleksləri, ansamblları və yaşayış məskənlərinin digər planlaşdırma elementlərinin sahələri üçün işlənməlidir.

Təsdiq olunmuş müfəssəl planlaşdırma layihəsi olmadıqda, ərazinin tikinti-planlaşdırma layihəsinin şəhərin və digər yaşayış məskəninin Baş planı əsasında işlənilməsinə yol verilir.

2. Ərazinin tikinti-planlaşdırma layihəsi layihələndirilən ərazinin qırmızı xətləri hüdudlarında işlənilməlidir və bu zaman memarlıq komplekslərin kompozisiya həllini, bina və qurğuların növlərini, onların tikilmə və ya yenidənqurma ardıcıllığını müəyyən edir.

Meydanlar və magistral yolların hissələri üçün ərazinin tikinti planlaşdırma layihəsi onları kontur boyu əhatə edən binaların hüdudlarında işlənə bilər.

3. Ərazinin tikinti-planlaşdırma layihəsində əhaliyə xidmət müəssisələri,  mü-həndis qurğuları obyektlərinin istismara verilməsi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması ilə eyni vaxtda işlərin mərhələli başa çatmasını  nəzərə alaraq mikrorayon və məhəllə sahələrinin tikintisi, yenidən qurulması və abadlaşdırılması üzrə təkliflər nəzərdə tutulmalıdır.

Layihənin qrafik materialları 1:500 və yaxud 1:1000 miqyasında hazırlanmalıdır.

4. Ərazinin tikinti-planlaşdırma layihəsinin əsas cizgisində (planında) bütün layihələndirilən, saxlanılan və yenidən qurulan binalar və qurğular, yaşayış evlərinin seksiyalılığı, binalardakı bir başa keçidlər, ictimai binaların sahələri, istirahət, idman və digər təyinatlı meydançalar, yaşıllıqlar, yol və piyada keçidləri  göstərilməlidir.

Tikintinin baş planının cizgisində ərazinin 1:5000 miqyasında layihələndirilən tikintinin rayonda yerləşməsi göstərən situasiya planı verilməlidir.

5. Şəhərsalma və ekoloji cəhətdən mürəkkəb ərazilər üçün, eləcə də tikintidə fərdi layihələr əsasında binaların böyük hissəsinin tətbiqinə dair layihələr işlənərkən, həmçinin unikal obyektlərin tikintisinin müstəqil mərhələ kimi şəhərsalma əsaslandırmasına zərurət olduqda, sifarişçinin tapşırığına uyğun olaraq variant işləmələr əsasında mikrorayonun, məhəllənin, meydanın, magistralların və  s. tikintisinin əsas memarlıq-planlaşdırma və həcm-fəza konsepsiyasını müəyyənləşdirən hazırlana bilər.

Ərazinin tikinti-planlaşdırma eskizi layihəsi tərkibində aşagıdakılar işlənməlidir:

- relyefin təşkili üzrə təkliflərlə baş planının eskizi;

- nümayiş materialları.

Layihəqabağı prosedurlar.

         1. Layihəqabağı prosedurlar və ilkin materialların (məlumatların) verilməsi layihələndirmə üçün ilkin materialların (məlumatların) tərtibi və verilməsi, həmçinin yeni obyektlərin tikintisi və mövcud obyektlərə (bina, qurğu, onların kompleksləri və kommunikasiyalar) dəyişiklik edilməsinə icazə prosedurlarının keçilməsi Qaydalarına müvafiq olaraq həyata keçirilir.

      Layihəqabağı prosedur və ilkin materialların (məlumatların) təqdim edilməsi memarlıq-planlaşdırma tapşırığının (MPT) və mühəndis şəbəkələrinə qoşulma üçün texniki şərtlərin (dəqiqləşdirilmiş) verilməsi ilə həyata keçirilir.

       2. Layihəqabağı prosedurun müddəti 15 (on beş) iş gününədək təşkil edir.

      3. MPT və münəhdis və kommunal təminatı mənbələrinə qoşulmaq üçün texniki sərtlər (dəqiqləşdirilmiş) müvafiq yerli icra hakimiyyəti orqanlarının memarlıq və şəhərsalma sahəsində funksiyalarını həyata keçirən struktur bölməsi tərəfindən verilir və layihənin hazırlanması üçün əsasdır.

    4. Mühəndis və kommunal təminatı mənbələrinə qoşulma üçün texniki şərtlər MPT-yə məcburi əlavədir.

    5. MPT və texniki şərtlərin (dəqiqləşdirilmiş) əldə olunması dair ərizə sifarişçi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanlarının memarlıq və şəhərsalma sahəsində funksiyalarını həyata keçirən struktur bölməsinə təqdim olunur.

      Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

      1) torpağa və yaxud mövcud binaların yerləşkələrinin (ayrı-ayrı hissələrinin) rekonstruksiyasına  dair müvafiq hüququn verilməsi (yenidən planlaşdırma, yenidən təhciz etmə) barədə yerli icra hakimiyyəti orqanlarının qərarının surəti;

      2) layihələndirməyə dair təsdiq olunmuş tapşırıq;

      3) eskiz layihə;

      4) texniki şərtlər (ilkin).

6. Müvafiq yerli icra hakimiyyəti orqanlarının memarlıq və şəhərsalma sahəsində funksiyalarını həyata keçirən struktur bölməsi MPT və texniki şərtlərin alınması üçün ərizə alınandan sonrakı iş günündən gec olmayaraq münəhdis və kommunal təminatı mənbələrinə qoşulmaq üçün texniki sərtlərin (dəqiqləşdirilmiş) alınması üçün sorğunu sənədlər əlavə edilməklə bu xidmətlərin təchizatçılarına göndərir.  

7. Mühəndis və kommunal təminat üzrə xidmət təchizatçıları sorğu alındıqdan 5 (beş) iş günü müddətində müvafiq yerli icra hakimiyyəti orqanlarının memarlıq və şəhərsalma sahəsində funksiyalarını həyata keçirən struktur bölməsinə qoşulma parametrlərini və yerini göstərməklə texniki şərtləri (dəqiqləşdirilmiş) və yaxud onların verilməsindən əsaslandırılmış imtina  göndərir.

8. Obyektlərin layihələndirilməsi üçün MPT və layihələndirmə üçün texniki şərtlərin (dəqiqləşdirilmiş) verilməsinə dair ərizəyə baxılması müddəti ərizə verildiyi gündən etibarən 6 (altı) iş günündən artıq və yaxud onların verilməsindən əsaslandırılmış imtina 3 (üç) iş günündən  artıq olmamalıdır.

 

Layihə sənədləri.

   Layihə sənədlərinin və yaxud onların ayrı-ayrı bölmələrinin hazırlanması hüququ qanunvericiliyə uyğun olaraq bu fəaliyyət növü üçün lisenziyaya malik olan hüquqi və fiziki şəxslərə - mülkiyyət növündən asılı olmayaraq təsərrüfat fəaliyyəti subyektlərinə (bundan sonra – layihəçi) verilir.

1. Yeni torpaq sahələrində mühəndis-axtarış işləri aparılmadan, obyektlərin rekonstruksiyası zamanı isə əvvəl yerinə yetirilmiş mühəndis axtarış işlərində dəqiqləşdirmələr aparılmadan layihə sənədlərinin hazırlanmasına yol verilmir.

2. Müvafiq mərhələdə layihə işlərinin yerinə yetirilməsi üçün ilkin məlumatları sifarişçi layihə-axtarış işlərinin icrasına başlayanadək təqdim etməlidir.

3.İlkin məlumatların tərkibinə aşağıdakılar aiddir:

-memarlıq-planlaşdırma tapşırığı (MPT);

-obyektin mühəndis təminatı üzrə texniki şərtlər (ТŞ);

-layihələndirmə tapşırığı;

sifarişçi tərəfindən təqdim edilən ilkin məlumatların konkret siyahısı layihələndirmənin müvafiq mərhələsinin icrası ilə bağlı müqavilə imzalanarkən müəyyən olunur.

4. MPT və ТŞ sifarişçiyə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təqdim edilir. Layihələndirmə tapşırığını sifarişçi özü tərtib edir və yaxud ayrıca ödənişlə layihəçiyə həvalə edir.

5. Obyektlərin yerləşmə yerləri yerli şəhərsalma və memarlıq orqanları tərəfindən, həmçinin təsdiq edilmiş qüvvədə olan şəhərsalma sənədləri ilə müəyyən olunur.

6. Layihəçi obyektin layihələndirilməsi üzrə sifarişi sifarişçidən və yaxud keçirilmə qaydası qanunvericiliklə müəyyən olunmuş memarlıq müsabiqəsi və ya  hərracının (tenderinin) nəticəsi olaraq alır. 

7. Layihə sənədlərinin adı unifikasiya olunmalı və layihələndirmə mərhələlərinin sayını və tikintinin növünü əks etdirməlidir.

8. Texniki cəhətdən mürəkkəb olmayan obyektlər, həmçinin kütləvi və təkrar tətbiq layihələrinin istifadə edildiyi obyektlər üçün eskiz layihəsi ilə həyata keçirilir.

9.  Mülki təyinatlı obyektlər üçün - eskiz layihəsi (EL) və onun təsdiqindən sonra işçi sənədlər (İ).

10. Mürəkkəb kateqoriyaları obyektlər üçün layihələndirmə tikinti layihəsi (TL) ilə iki mərhələdə həyata keçirilir:

    Onun təsdiq edilən hissəsi və o təsdiq edildikdən sonra işçi sənədlərin (İ) işlənməsi

11. Şəhərsalma, memarlıq, bədii və ekoloji tələblərə, mühəndis təminatına, yeni tikinti texnologiyalarının, konstruksiya və materiallarının tətbiqinə nisbətdə texniki cəhətdən mürəkkəb obyektlər üçün layihələndirmə iki mərhələdə həyata keçirilir:

Layihə mərhələsi (L) və işçi sənədlər (İ).

 12. Eskiz layihəni (EL), tikinti layihəsinin (TL)və layihənin (L) təsdiq edilən hissəsini təsdiq edən və tikintiyə icazə alan investorun (sifarişçinin) qərarına əsasən işçi sənədlər hazırlana bilər. 

 13. Layihə sənədlərinin hazırlanması, razılaşdırılması və təsdiqi qaydası mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanır.

Hazırlıq işlərinin yerinə yetirlməsi

1. Torpaq sahəsinə mülkiyyət hüququ əldə etdikdən sonra sifarişçi müvafiq dövlət memarlıq-tikinti nəzarəti orqanını məlumatlandırmaqla, mühəndis şəbəkələrinin köçürülməsi və yaşıllıqların ləğvindən başqa, tikinti normaları, dövlət standartları və qaydaları ilə müəyyən olunmuş hazırlıq işlərini yerinə yetirə bilər.

2. Sifarişçi mühəndis şəbəkələrinin köçürülməsi və yaşıllıqların ləğvi üzrə hazırlıq işlərini hazırlıq işlərinin icrasına başlanılması barədə qeydiyyata alınmış deklarasiya əsasında həyata keçirir.

Hazırlıq işlərinin, o cümlədən mühəndis şəbəkələrinin köçürülməsi və yaşıllıqların ləğvi üzrə işlərin icrası, tikinti işlərinin icrasına başlanılması barədə qeydiyyata alınmış deklarasiya və yaxud tikinti işlərinin icrasına icazə əsasında həyata keçirilə bilər.

Qeyd olunmuş deklarasiya qeydiyyata alınmadan və yaxud tikinti işlərinin yerinə yetirlməsinə icazə alınmadan mühəndis şəbəkələrinin köçürülməsi və yaşıllıqların ləğvi üzrə hazırlıq işlərinin icrası qadağandır.

3. Hazırlıq işlərinin icrasına başlanılmasına dair qeydiyyata alınmış deklarasiya tikinti işlərinin icrasına icazə vermir.

4. Hazırlıq işlərinin başlanılmasına dair deklarasiyanın qeydiyyatını müvafiq dövlət memarlıq-tikinti nəzarəti orqanı əvəzsiz olaraq deklarasiya alınandan 5 (beş) iş günü müddətində həyata keçirirlər.

Hazirliq işlərinin icrasına başlanılması barədə qeydiyyata alınmış deklarasiya olduqda (bu maddənin birinci hissəsinə uyğun olaraq dövlət memarlıq-tikinti nəzarəti orqanına məlumatlandırmanın göndərilməsi) sifarişçi və baş podratçı və yaxud podratçı tərəfindən tikinti meydançasının hüdudlarında hazırlıq işlərinin icrasına və yaşıllıqların ləğvinə icazə xarakterli digər sənədlərin əldə edilməsi tələb olunmur.

5. Hazırlıq işlərinin icrasına başlanılması barədə deklarasiyanın forması, onun verilməsi və qeydiyyatı qaydası, qeydiyyata alınmış deklarasiyada məlumatların dəyişdirilməsi barədə məlumatlandırma forması şəhərsalma sahəsində dövlət siyasətinin formalaşdırılmasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

6. Hazırlıq işlərinin icrasına başlanılması barədə deklarasiya müəyyən edilmiş tələblərin pozulması ilə təqdim və yaxud tərtib edildikdə, dövlət memarlıq-tikinti nəzarəti müfəttişlikləri deklarasiyanın qeydiyyatı üçün nəzərdə tutulmuş müddətdə səbəbini əsaslandırmaqla onu geri qaytarırlar.

7. Dövlət memarlıq-tikinti nəzarəti orqanı hazırlıq işlərinin icrasına başlanılması barədə deklarasiyanı qeydə almadığı  və yaxud bu maddə ilə nəzərdə tutulmuş müddətdə qaytarmadığı halda, hazırlıq işlərinin həyata keçirilməsi hüququ deklarasiya qeydiyyata alınmalı və yaxud geri qaytarılmalı olduğu gündən 11-ci (on birinci) iş günü meydana gəlir. Bu halda deklarasiya qeydiyyata alınmış hesab olunur.

8. Obyektin tikintisinə dair hüquq digər sifarişçiyə verildiyi və yaxud müəllif nəzarətinin həyata keçirilməsinə məsul şəxslər dəyişdirildikdə, sifarişçi üç iş günü müddətində bu dəyişikliklər barədə dövlət memarlıq-tikinti nəzarəti orqanını məlumatlandırır.

Belə məlumat olmadan hazırlıq işlərinin icrasının davam etdirilməsi qadağandır.

9. Sifarişçi bu bölmənin birinci hissəsinə müvafiq olaraq, dövlət memarlıq-tikinti nəzarəti orqanını məlumatlandırdığı və yaxud hazırlıq işlərinin icrasının başlanılması barədə deklarasiyanın qeydiyyata alındığı və ya bu bölmənin yeddinci hissəsinə müvafiq olaraq hazırlıq işlərinin aparılması hüququnu əldə etdiyi gündən yeddi təqvim günü ərzində yerli icra hakimiyyəti orqanını və yaxud tikinti obyekti yerləşdiyi yerli özünüidarəetmə orqanını hazırlıq işlərinin icrasının başlanması barədə yazılı məlumatlandırmalıdır.

10. Sifarişçi hazırlıq işlərinin icrasının başlanılmasına dair verdiyi deklarasiyada göstərilmiş məlumatların tamlığına və etibarlılığına, həmçinin hazırlıq işlərinin bu bölmədə göstərilmiş tələblərin pozulması ilə icrasına görə  qanuna uyğun olaraq məsuliyyət daşıyır.

 

 

Tikinti obyektlərinin aşagıdakı mürəkkəblik kateqoriyaları təklif edilir

 

1. Hazırda qüvvədə olan I, II, III mürəkkəblik kateqoriyaları 1987-ci ildə nəşr olunmuşdur və onlara yenidən baxılmalıdır.

2.Bütün tikinti obyektlərini I, II, III, IV və V mürəkkəblik kateqoriyalarına ayırmaq tövsiyyə olunur.

3. Tikinti obyektinin mürəkkəblik kateqoriyası həmin tikinti obyektinin nəticələr (məsuliyyət) sinifi əsasında  dövlət tikinti normalarına və standartlarına uyğun olaraq müəyyən edilir.

4. I, II, III mürəkkəblik kateqoriyalı obyektlər üçün Dövlət Ekspertizasının həyata keçirilməsi tələb olunmur.

 

 

Tikinti işlərinin icrasına başlanılması barədə deklarasiya

1.  I-III mürəkkəblik kateqoriyasına məxsus obyektlərdə hazırlıq işlərinin (əgər onlar məlumata və yaxud hazırlıq işlərinin icrasının başlanılmasına dair qeydiyyata alınmış deklarasiyaya əsasən yerinə yetirilməyibsə) və tikinti işlərinin aparılması, tikinti obyektinin mühəndis şəbəkələrinə və qurğularına qoşulması hüququ sifarişçiyə və baş podratçıya və yaxud podratçıya (tikinti işləri subpodratçılar cəlb edilmədən icra edilirsə) tikinti işlərinin icrasının başlanılması barədə deklarasiyanın qeydiyyatından sonra verilir.

2. Tikinti işlərinin icrasının başlanılması barədə deklarasiyanın qeydiyyatını deklarasiya daxil olduğu gündən 5 (beş) iş günü ərzində əvəzsiz əsasda müvafiq dövlət memarlıq-tikinti nəzarəti orqanı aparır.

Qeyd olunmuş deklarasiya qeydiyyata alınmadan, tikinti işlərinin icrası, tikinti obyektinin mühəndis şəbəkələrinə və qurğularına qoşulması qadağandır.

Tikinti işlərinin icrasına başlanılması barədə qeydiyyata alınmış deklarasiya olduqda sifarişçi və baş podratçı və yaxud podratçı (tikinti işləri subpodratçılar cəlb edilmədən icra edilirsə) tərəfindən tikinti meydançasının hüdudlarında tikinti işlərinin icrasına və yaşıllıqların ləğvinə icazə xarakterli digər sənədlərin əldə edilməsi  tələb olunmur.

3. Tikinti işlərinin icrasına başlanılması barədə deklarasiyanın forması, onun verilməsi və qeydiyyatı qaydası, qeydiyyata alınmış deklarasiyada  məlumatların dəyişdirilməsi barədə məlumatlandırma forması şəhərsalma sahəsində dövlət siyasətinin formalaşdırılmasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4. Tikinti işlərinin icrasına başlanılması barədə deklarasiya müəyyən edilmiş tələblərin pozulması ilə təqdim və yaxud tərtib edildikdə, dövlət memarlıq-tikinti nəzarəti müfəttişlikləri deklarasiyanın qeydiyyatı üçün nəzərdə tutulmuş müddətdə səbəbini əsaslandırmaqla onu geri qaytarırlar.

5. Dövlət memarlıq-tikinti nəzarəti orqanı tikinti işlərinin icrasına başlanılması barədə deklarasiyanı qeydə almadığı  və yaxud bu bölmə ilə nəzərdə tutulmuş müddətdə qaytarmadığı halda, hazırlıq işlərinin həyata keçirilməsi hüququ deklarasiya qeydiyyata alınmalı və yaxud geri qaytarılmalı olduğu gündən 11-ci (on birinci) iş günü meydana gəlir. Bu halda deklarasiya qeydiyyata alınmış hesab olunur.

6. Obyektin tikintisinə dair hüquq digər sifarişçiyə verildiyi və yaxud müəllif nəzarətinin həyata keçirilməsinə məsul şəxslər dəyişdirildikdə, sifarişçi üç iş günü müddətində bu dəyişikliklər barədə tikinti işlərinin başlanılması barədə deklarasiyanı qeydə alan  dövlət memarlıq-tikinti nəzarəti orqanını məlumatlandırır.

7. Sifarişçi tikinti işlərinin icrasının başlanılması barədə deklarasiyanın qeydiyyata alındığı və yaxud bu bölmənin beşinci hissəsinə müvafiq olaraq tikinti işlərinin aparılması hüququnu əldə etdiyi gündən yeddi təqvim günü ərzində yerli icra hakimiyyətləri orqanlarını  tikinti işlərinin icrasının başlanması barədə yazılı məlumatlandırmalıdır.

8. Sifarişçi tikinti işlərinin icrasının başlanılmasına dair verdiyi deklarasiyada göstərilmiş məlumatların tamlığına və etibarlılığına, həmçinin tikinti işlərinin qeydiyyata alınmış deklarasiya olmadan icrasına görə  qanunla  müəyyən olumuş məsuliyyət daşıyır.

 

Tikinti işlərinin icrasına icazə

1.   IV və V mürəkkəblik kateqoriyasına məxsus obyektlərdə hazırlıq işlərinin (əgər onlar məlumata və yaxud hazırlıq işlərinin icrasının başlanılmasına dair qeydiyyata alınmış deklarasiyaya əsasən yerinə yetirilməyibsə) və tikinti işlərinin aparılması, tikinti obyektinin mühəndis şəbəkələrinə və qurğularına qoşulması hüququ sifarişçiyə və baş podratçıya və yaxud podratçıya (tikinti işləri subpodratçılar cəlb edilmədən icra edilirsə) tikinti işlərinin icrasına razılıq alındıqdan sonra verilir.

2. Tikinti işlərinin icrasına icazə ərizə qeydiyyata alındığı gündən 10 (on) iş günü ərzində əvəzsiz əsasda müvafiq dövlət memarlıq-tikinti nəzarəti orqanları tərəfindən verilir.

Tikinti işlərinin icrasına icazə olduqda sifarişçi və baş podratçı və yaxud podratçı (tikinti işləri subpodratçılar cəlb edilmədən icra edilirsə) tərəfindən tikinti meydançasının hüdudlarında tikinti işlərinin icrasına və yaşıllıqların ləğvinə icazə xarakterli digər sənədlərin əldə edilməsi tələb olunmur.

3. Tikinti işlərinin icrasına icazənin forması, onun alınması üçün verilən ərizənin forması, ərizəyə əlavə olunan sənədlərin siyahısı, tikinti işlərinin icrasına icazənin verilməsindən imtina forması, tikinti işlərinin icrasına icazənin verilməsi və ləğv edilməsi qaydası şəhərsalma sahəsində dövlət siyasətinin formalaşdırılmasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4. Tikinti işlərinin icrasına icazənin verilməsindən imtina ərizəçiyə onun verilməsi üçün nəzərdə tutulmuş müddətdə müvafiq əsaslandırma ilə yazılı şəkildə təqdim edilir.

Tikinti işlərinin icrasına icazənin verilməsindən imtinaya əsas aşağıdakılardır:

1.      belə icazənin verilməsi barədə qərarın qəbulu üçün zəruri sənədlərin təqdim edilməməsi;

2.      təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə cavab verməməsi;

3.      təqdim edilmiş sənədlərdə etibarsız məlumatların müəyyən edilməsi.

Tikinti işlərinin icrasına icazənin verilməsinə imtinadan məhkəmə qaydasında şikayət verilə bilər.

5. Bu bölmənin müəyyən etdiyi müddətdə dövlət memarlıq-tikinti nəzarəti orqanı tərəfindən tikinti işlərinin icrasına icazə və yaxud onun verilməsindən imtina verilmədiyi halda, sifarişçi şəhərsalma sahəsində dövlət siyasətinin formalaşdırılmasını təmin edən mərkəzi icra hakimiyyəti orqanına 10 (on) iş günü ərzində göstərilən icazənin verilməsi və yaxud onun verilməsindən imtina ilə bağlı tədbirlərin görülməsi üçün müraciət  edir. Göstərilən müddət ərzində tikinti işlərinin icrasına icazə verilmədiyi və yaxud onun verilməsindən imtina edilmədiyi halda, tikinti işlərinin icrası hüququ şəhərsalma sahəsində dövlət siyasətinin formalaşdırılmasını təmin edən mərkəzi icra hakimiyyəti orqanına müraciətin onuncu günü meydana gəlir, icazə isə verilmiş hesab olunur.

6. Tikinti işlərinin icrasına icazə aşağıdakı hallarda ləğv edilə bilər:

1) dövlət memarlıq-tikinti nəzarəti orqanı tərəfindən:

а) sifarişçi tərəfindən tikinti işlərinin icrasına icazənin ləğv edilməsi ilə baglı ərizə təqdim edildikdə;

b) hüquqi şəxsin fəaliyyətini və yaxud fiziki şəxsin-sahibkarın (sifarişçinin) sahibkarlıq fəaliyyətini  dayandırması, fiziki şəxsin-sifarişçinin ölümü və yaxud onun xəbərsiz olaraq itmiş hesab edilməsi barədə məlumatlar mövcud olduqda;

2) Bu tədbirin tətbiqi üzrə  dövlət memarlıq-tikinti nəzarəti orqanının iddiası əsasında inzibati məhkəmə tərəfindən: dövlət memarlıq-tikinti nəzarəti  orqanının vəzifəli şəxslərinin yoxlama aparmasına maneə törədilməsi halında, əgər bu maneəçillik qeyd olunan pozuntuya görə cərimə tətbiq edildikdən bir ay müddətində həyata keçirilmişdirsə.

7. Əgər obyektin tikintisi hüququ digər sifarişçiyə verilmişdirsə və yaxud baş podratçı və ya podratçı (tikinti işləri subpodratçılar cəlb edilmədən icra edilirsə), sifarişçi üç iş günü müddətində icazəni verən dövlət memarlıq-tikinti nəzarəti müfəttişliyinə bu dəyişikliklər barədə onları təsdiq edən sənədlərin müəyyən edilmiş qaydada təsdiqlənmiş surətlərini təqdim etməklə məlumat verir. Tikinti işlərinin məlumatlandırma olmadan davam etdirilməsi qadağandır.

Müəllif və texniki nəzarətin həyata keçirilməsinə məsul şəxslərin və yaxud məsul iş icraçılarının dəyişdirilməsi halında sifarişçi bu dəyişikliklər barədə onlar baş verdikdən üç gün müddətində icazəni verən dövlət memarlıq-tikinti nəzarəti orqanını məlumatlandırır.

8. Sifarişçi tikinti işlərinin icrasına icazə verildiyi və yaxud bu bölmənin beşinci hissəsinə müvafiq olaraq bu  işlərin icrası hüququnun meydana gəldiyi  gündən yeddi təqvim günü ərzində yerli icra hakimiyyətləri orqanlarını yazılı məlumatlandırmalıdır.

Yerli icra hakimiyyətləri orqanları müvafiq inzibati-ərazi vahidinin ərazisində IV və V mürəkkəblik kateqoriyasına aid tikinti obyektlərində tikinti işlərinin icrasına başlanılması barədə yerli kütləvi informasiya vasitələrində məlumat verir.

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi        

memar@arxkom.gov.az

(012) 595 13 50

                                     




geriyə