Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Apellyasiya Şurası yaradılmışdır

12 fevral 2016

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılmışdır.

Komitənin sədr müavini Dövlətxan Dövlətxanovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə Komitənin müvafiq şöbələrinin əməkdaşları daxildir.




geriyə