Komitədə Asiya İnkişaf Bankından olan nümayəndə heyəti ilə görüş keçirilmişdir

26 fevral 2016

25 fevral 2016-cı il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərsalma, nəqliyyat və su məsələləri üzrə mütəxəssis və məsul şəxslərinin iştirakı ilə Bakı-Sumqayıt Şəhərətrafı Dəmir Yolu Xidməti Layihəsi barədə müzakirə edilmişdir.

Görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Komitənin sədr müavini Dövlətxan Dövlətxanov və Komitənin aidiyyəti əməkdaşları iştirak etmişdir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov  Komitənin şəhərsalma ilə bağlı istənilən layihənin müzakirəsində maraqlı olduğunu qeyd etmiş və layihə ilə bağlı mövcud normativ sənədlərə əməl olunmasını, dəmir yolu xəttindən normativ sanitar mühafizə zonasının saxlanmasının vacibliyini, həmçinin dəmir yolu ətrafındakı istifadəsiz torpaqlar ilə bağlı müvafiq təkliflərin verilməsinin vacibliyini vurğulamışdır.




geriyə