Komitədə Novruz bayramı münasibəti ilə tədbir keçirilmişdir

18 mart 2016

Martın 18-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Novruz bayramı münasibəti ilə tədbir keçirilmişdir.

Tədbiri Komitənin sədri Abbas Ələsgərov açaraq Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını, o cümlədən Komitənin kollektivini təbrik etmiş və ən xoş arzularını çatdırmışdır.

Sonra Abbas Ələsgərov Komitənin yaradılmasının 10 illiyi ilə əlaqədar olaraq fevralın 27-də cənab Prezident İham Əliyevin Sərəncamına əsasən medallarla təltif olunmuş Komitə əməkdaşlarını təbrik edib onlara vəsiqələri və medallarını təqdim etmişdir.

Tədbirdə çıxış edənlər bütün Azərbaycan xalqını və Komitənin əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik etmiş və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Komitənin əməkdaşlarına verdiyi qiymətə görə minnətdarlığını bildirmişlər.

FOTOŞƏKİLLƏR




geriyə